F16 təyyarələri havaya qalxdı! Türkiyənin İraqdakı antiterror əməliyyatı davam edir

348

Hurriyyet.org xəbər verir ki, İraqın şimalındakı PKK/PYD terror təşkilatının silah anbarları ilə terror düşərgələrinin yerləşdiyi Qara rayonunda müəyyənləşdirilən 10 məntəqəyə silahlı qüvvələr göndərilib. F-16 qırıcıları da Diyarbakırdakı hərbi bazadan havaya qalxıblar. F-16 təyyarələrinə silahlı dronlar və ATAK vertolyotları dəstək veriblər. “Pençe Kartal-2” əməliyyatı ilə Qaradakı terror yuvaları – ümumilikdə 50 hədəf yerlə bir edilib. Əməliyyat davam edir.

Əməliyyat zamanı 3 nəfər türk hərbçisi şəhid olub.

Türk ekspertlərin sözlərinə görə, Qəndil ilə Səncardakı terror yuvalarının logistik xəttlərinin kəsilməsi üçün Qara rayonu çox mühümdür. Türkiyə sərhəddən kənarda belə bir əməliyyat keçirməsə, sonra həmin terror təhdidinin Türkiyənin sərhədindən daxilə sızması qaçılmazdır.