“Fəryad” filminin “Aşot”u vəfat etdi

78

“Fəryad” filmində canlandırdığı “Aşot” obrazı ilə daha da məşhurlaşan aktyor Fikrət Məmmədov dünyasını dəyişib.

Kult.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Qeyd edək ki, aktyor Fikrət Məmmədov Azərbaycanın məşhur musiqi xadimi Ağası Məşədibəyovun nəvəsidir.

O, “Axırıncı reys” (1989), “Bağlı qapı” (1981), “Bayquş gələndə” (1978), “Cin mikrorayonda” (1985), “Çarə” (1981), “Doğma sahillər” (1989), “Əlaqə” (1989), “Fəryad” (1993), “Fırıldaqçı” (1983), “Gözbağlıcı” (1986), “Gümüşgöl” əfsanəsi (1984), “Güzgü” (1990), “Hədiyyə” (1986) və başqa filmlərdə yer alıb.