Ermənstan Prezidentinə qarşı cinayət işi qaldırıldı

48

Hurriyyet.org xəbər verir ki, Ermənistanın Baş Prokurorluğu Ermənistan Prezidenti Armen Sarkisyana qarşı cinayət işi qaldırıb. Ermənistanın Vəkillər İttifaqının sədri Ara Zöhrabyanın sözlərinə görə, prezident ikili vətəndaşlığını gizlətməkdə ittiham edilir.

Sarkisyan 2003-2012-ci illər ərzində Britaniya vətəndaşı olub. 2018-ci il martın 2-də prezident seçilib. Ermənistan qanununa görə, bu posta seçilmək üçün o, son altı il ərzində yalnız erməni vətəndaşlığına malik olmalıdır.