Ermənistanın XİN başçısı Moskvaya gedir

2163

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ermənistanlı həmkarı Ara Ayvazyan arasında görüş olacaq.

Məlumatı Rusiya Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Danışıqlar fevralın 17-də Rusiyanın paytaxı Moskvada baş tutacaq.

Bildirilib ki, XİN başçıları ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.\\Virtualaz.org