Ermənistanın XİN başçısı Gürcüstana qeyri-rəsmi səfər edib

357
Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Gürcüstana qeyri-rəsmi səfər edib.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Gürcüstanın xarici işlər naziri David Zalkaliani erməni həmkarı ilə Kaxeti bölgəsinin Tsinandali kəndində görüş keçirib.
Qeyri-rəsmi görüşdə iki ölkə arasında mehriban qonşuluq münasibətləri, əməkdaşlıqla bağlı cari gündəlik və əlaqələrin daha da dərinləşdirilməsi üzrə perspektivlər müzakirə olunub. \\Report