“Ermənistanın səsi”: “Nikol, 3500 nəfər erməni hara yoxa çıxıb?”

93

Hurriyyet.org xəbər verir ki, “Ermənistanın səsi” qəzeti yazır: “4 aprel tarixində “Mediaport” teleqram kanalı Qarabağın Əsgəran rayonunun Sqnax (əsl adı Sığnağ – red.) kəndində çəkilmiş videokadrları yayıb. Kadrlarda bir neçə yük maşınının yük yerində necə gəldi qalaqlanmış cəsədlər görünür. Mənbənin bildirdiyinə görə, əksəriyyəti polietilen paketlərdə olan bu cəsədlər erməni hərbçilərinə məxsusdur”. Kadrların nə vaxt çəkildiyi xəbər verilmir, kanal yalnız onu qeyd edir ki: “cəsədlər faktiki olaraq çürüyürlər, rəsmi açıqlamada isə axtarış işlərinin nəticə vermədiyi xəbər verilir”. Bundan əvvəl şəbəkələrdə yayılan videokadrlarda Metsamordakı morqda “Spayk” şirkətinə məxsus soyuducu konteynerlərdə müharibədə ölmüş 200 nəfərə qədər erməninin cəsədinin saxlanıldığı göstərilirdi.

Erməni mətbuatının yazdığına görə, erməni hakimiyyəti son zamanlarda itkin düşənlər barəsində qətiyyən danışmır. Bu problem ictimai-siyasi müzakirələrdən çıxarılıb.

Erməni mətbuatı yazır: “Aprelin 1-də Rusiyanın Müdafiə Nazirliyi dəhşətli bir rəqəm açıqladı: Qarabağda Rusiya Humanitar Mərkəzinin vətəndaşları qəbul məntəqəsinə itkinlərin axtarılması üçün 3,5 mindən çox müraciət daxil olub. Yəni döyüş əməliyyatlarının başa çatmasından 5 ay sonra da minlərlə erməninin taleyi barəsində məlumat verilməyib”.

“…Problemi nəinki səsləndirməyən, hətta özlərini sanki belə adamlar heç yox imiş kimi aparan erməni hakimiyyətinin  həyasızlığı ancaq dəhşət doğurur. Sanki onları müharibəyə onlar göndərməyiblər və heç olmasa, onların talelərinin müəyyənləşdirilməsi üçün məsuliyyət daşımırlar. Ərazilərdəki axtarışlar getdikcə daha az nəticə verir, ən yaxşı hallarda xilasedicilər ölənlərin qalıqlarını tapırlar. Bir neçə dəfə azərbaycanlılar özləri cəsədləri tapıb veriblər”.

“Ölmüş erməni hərbçilərinin sayı barəsində Ermənistan dövlətinin rəsmi mənbələri müxtəlif rəqəmlər səsləndirirlər. Martın 31-də Ermənistanın Müdafiə Nazirliyi 3049 nəfərin öldüyünü bildirmişdi. Bundan əvvəl, martın 20-də isə Baş nazir Nikol Paşinyan 3250  nəfərin ölməsinin rəsmən təsdiqləndiyini, 189 valideynin isə DNT analizinin nəticəsini gözlədiyini bildirib. Belə çıxır ki, Paşinyan 11 gün əvvəldən rəsmi rəqəmdən 201 nəfərdən artıq adamın öldüyünü bildirib”.

Ermənistanın Səhiyyə Nazirliyinin açıqlamasında idə deyilir: “31 mart tarixinə qədər 3723 cəsəd və qalıqda məhkəmə-tibb ekspertizası aparılıb. Həmçinin, 238 cəsəd və qalıq üzərində araşdırılma aparılması lazımdır”. Səhiyyə Nairliyi sonra sözü dəyişdirərək bildirir ki, bu heç də 31 mart tarixinə qədər ölümü qeydə alınanların 3723 nəfər olması demək deyil, çünki eyni cəsəd iki dəfə araşdırıla bilər və s.

“Hər halda bu fakt şübhə doğurmur ki, hərbi əməliyyatların başa çatmasından 5 ay sonra Ermənistan hakimiyyəti həlak olmuş vətəndaşların sayı barəsindəki suala dəqiq cavab tapa bilmir və müxtəlif dövlət orqanları bir birindən yüzlərlə ədəd fərqlənən rəqəmlər səsləndirirlər”.

Seçkilər ərəfəsində, əhali arasında qarışıqlıq yaramamaq üçüntkin düşən 3500 nəfərin qalıqları soyuduculardamı saxlanılır? Bu sual erməni cəmiyyətini narahat edən qaranlıq bir məqamdır.

Xatırladaq ki, Ermənistan 2016-cı ilin aprel döyüşlərindəki hərbi itkilərini də gizləmişdi. Yalnız bu günlərdə erməni politoloq Geqam Nazaryan 2016-cı ilin aprelində işğalçılara qarşı aparılmış Lələtəpə əməliyyatı zamanı 650 nəfər itirdiklərini və 44 tankın 42-ni döyüş meydanında qoyub qaçdıqlarını bildirmişdi.