Ermənistanın informasiya təhlükəsizliyi Azərbaycanın nəzarətinə keçib: Bir nicat yolu qalır – Avropaya köçmək

135

Ermənistanın informasiya təhlükəsizliyi Azərbaycanın nəzarətinə keçib.

Ovqat.com xəbər verir ki, bu iddianı erməni eksperti Samvel Martirosyan irəli sürüb.

İnformasiya təhlükəsizliyi üzrə ekspert kimi təqdim olunan Martirosyan bu işdə bizimlə yanaşı Gürcüstanı da günahlandırıb.

Onun iddiasına görə, Gürcüstan bölgənin əksər hissəsini internetlə təmin edən bir şirkəti Nəsib Həsənov adlı azərbaycanlı iş adamına satıb. Guya həmin iş adamı da Azərbaycan siyasi iradəsinə yaxın şəxsdir və bu İrəvan üçün böyük təhlükə əxz edir.

Azərbaycan səlahiyyətlilərinə bağlı bir şirkət Gürcüstan ərazisindən Ermənistana çəkilən İnternet kabelinə çıxış əldə edib və nəzəri olaraq Ermənistanın internet trafiki barədə məlumat ala, məlumat bazası yaradıb bütün virtual hərəkətləri analiz edə bilər”, – Samvel Martirosyan belə deyib.

Onun iddiasına görə, Azərbaycanın bu təşəbbüsü yeni ortaya çıxan hal deyil: “Hələ 2019-cu ildə mətbuatda “Kabel Online”-ın səhmlərinin azərbaycanlılara satılacağı və bunun Ermənistana trafikin iki istiqamətdə etibarlılığına təsir edə biləcəyi barədə şayiələr yayılmışdı”.

Ekspertin fikrincə, bu sövdələşmə bir tərəfdən Bakını regional mərkəzinə çevirəcək, digər tərəfdən Azərbaycana ən azı Ermənistanın internet trafikini təhlil etmək imkanı verəcək.

Erməni ekspert deyəsən unudur ki, Azərbaycanın iqtisadi strateji yol xəritəsində dünyanın əsas digital hubuna çevrilmək, internet sahəsində Avropanı Asiyaya birləşdirən mərkəzə halına gəlmək hədəfi var və bu hədəf istiqamətində addım-addım irəliləyir. “Caspian Week, qlobal ideyalar” platforması 2017-ci ildə Davos şəhərində keçirilən illik Dünya İqtisadi Forumunda da bu layihə dünya dövlətləri tərəfindən açıq şəkildə dəstəklənib. Forum çərçivəsində “AzerTelecom”-un təşəbbüsü ilə reallaşdırılan layihənin təqdim olunub. “Layihənin məqsədi Azərbaycanı tranzit marşrutuna, həmçinin Avropa ilə Asiya arasında internet əlaqəsinin mərkəzi ölkəsinə çevirməkdir. Bu istiqamətdə əsas layihələrdən biri Transxəzər Fiber-Optik Kabel Xəttidir. Layihənin reallaşdırılması üçün iki istiqamət təklif edilib – Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan.
 

Azərbaycan vasitəsilə tranzit

Qazaxıstandan Azərbaycana Xəzər dənizinin dibilə çəkilməli olan fiber-optik xətt Asiya ilə Avropanı birləşdirəcək. Bununla da Azərbaycan Çin və Çinətrafı ölkələrin internetlə təchizatında tranzit rolu oynayacaq. Hazırda belə marşrutlardan biri Rusiyadan keçir və onun uzunluğu 11 min kilometrdən çoxdur. İkinci xətt Çini okean vasitəsilə Avropanın əsasən Frankfurt, London, Amsterdam, Sofiya və s. şəhərlərində yerləşən müxtəlif məlumat mərkəzlərilə birləşdirir.

AzerTelecom”un baş direktoru Fuad Allahverdiyevin sözlərinə görə, Azərbaycandan keçəcək xəttin uzunluğu 9 min kilometr olacaq. Bu, onun digərlərindən qısa və rentabelli olacağı deməkdir.

Azərbaycan və Türkmənistandan keçməsi nəzərdə tutulan ikinci xətt Hindistan və qonşularının tələbatını ödəməlidir. “AzerTelecom”un baş direktorunun fikrincə, bu layihənin həyata keçirilməsi Azərbaycan, həmçinin region ölkələri iqtisadiyyatlarına fayda verəcək. “Bu gün biz Dördüncü Sənaye İnqilabını yaşayırıq və yeni iqtisadiyyatda səmərəlilik, effektivlik rəqəmsal həllərin inkişafından asılıdır. İnfrastruktur layihələri də çox önəmlidir. Layihənin növbəti mərhələsi Azərbaycanda məlumat mərkəzlərinin və “Google”, “Amazon”, “Facebook”, “Alibaba” kimi tədarükçülərin ofislərinin yaradılmasını nəzərdə tutur”, – deyə o, qeyd edib.

Beləliklə, Azərbaycan təkcə tranzit ölkə deyil, həm də internet ixracatçısı olacaq. Bütün bunlar Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirməyi hədəfləyən “Digital Hub” layihəsi çərçivəsində həyata keçirilir” (Qaynaq: Fransa mətbuatı: “Azərbaycan regional rəqəmsal mərkəzə çevriləcək: Çinə internet ixracatçısı kimi”).

Qısası, Azərbaycan təkcə Ermənistanın deyil, Çindən, Hindistandan Avropaya qədər dünyanın hardasa yarısının internet qovşağına çevriləcək. Əgər İrəvan və onun informasiya təhlükəsizliyi eksperti Samvel Martirosyan bu “talesizlikdən” nigarandırlarsa, indidən başlarının çarəsinə baxsınlar. Bunun ən optimal yolu isə bütün erməniləri belinə şələləyib regionu tərk etməkdir. Özü də üzü Qərbə. Əks halda Orta Asiyadan Hindistana və ya Çinə qədər hansı əraziyə köçəcəklərsə, internet kabelləri mütləq Azərbaycandan keçəcək.

Ovqat.com