Ermənistanın baş qərargah rəisi Rüstəm Muradovla görüşüb

36

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi general-leytenant Artak Davtyan, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradovla görüş keçirib.

Hurriyyet.az xəbər verir ki, görüş zamanı təhlükəsizliyin təmin edilməsi və tərəfdaşlığın təşkili məsələləri müzakirə edilib. Eyni zamanda erməni tərəfdən itkin düşənlərin axtarışı əməliyyatlarının təmin olunması qeyd edilib.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi general-leytenant Rüstəm Muradova Rusiya sülhməramlı kontingentinin səmərəli işinə və səylərinə görə təşəkkür edib.

YƏHYA