Ermənistanda Türkiyə malları ilə ticarət qadağan edilir

99

Hurriyyet.org xəbər verir ki, Ermənistan hökuməti ölkədə Türkiyə istehsalı olan malların satışını qadağan edəcək. Bu barədə açıqlamanı İqtisadiyyat naziri Bahan Kerobyan verib: “Biz ölkəyə Türkiyə mallarnın gətirilməsinin qadağan edilməsi müddətini uzatmaq, həmçinin, onların satışını da qadağan eləmək niyyətindəyik. Çünki, bəzi dolayı yollarla onların idxalını və satışını həyata keçirənlər var”.

Nazir yeni məhdudiyyətlətin müddətini dəqiqləşdirməyib.

Qeyd edək ki, Ermənistan 1 yanvar tarixindən etibarən türk mallarının idxalını qadağan edib, lakin qanunun dəfələrlə pozulduğu barəsində xəbərlər yayılmaqdadır.