Ermənistanda real vəziyyət necədir? – Avetisyan

270

Ermənistan yoxsulluq səviyyəsi 30%-ə çatıb.

Axar.az xəbər verir ki, bunu erməni iqtisadçı Tadevos Avetisyan deyib. Onun sözlərinə görə, 2019-cu illə müqayisədə yoxsulluq səviyyəsi 3,5% artıb:

“2017-ci illə müqayisədə ixracat tempi 2019-cu ildə 2,5 dəfə azalıb, dayanmayan investisiya axını başlanıb, ÜDM göstəriciləri azalıb, dövlət borcu dram nisbətində 20% artıb, dollarla isə artım 16% olub. Bu hökumətin dövründə dövlət borcu 1,9 milyard yüksəlib. Əgər onlar getməsə, ÜDM göstəricisi borc göstəricisinə bərabər olacaq. Üstəlik, qida təhlükəsizliyi də problemləri də dərinləşir.

Gəlirlərin azalması fonunda qiymətlər artıb, ilkin tələbat məhsulları 10% bahalaşıb. Ölkədə, həmçinindemoqrafik problemlər də olacaq. Hazırda ciddi miqrasiya axınına yalnız pandemiya və məhdudiyyətlər mane olur”.