Ermənistanda dram ucuzlaşır, borc kəskin artır

150

Ermənistan iqtisadiyyatı tükənir.

Axar.az xəbər verir ki, bunu Daşnaksütyun Partiyasının rəsmi nümayəndəsi Tadevos Avetisyan deyib. Onun sözlərinə görə, son bir il ərzində Ermənistanın xarici ticarət dövriyyəsi 17% azalıb, dram isə 10% ucuzlaşıb. Bunun qarşılığında ölkənin borcu 750 milyon dollar artıb.

Avetisyan təkcə cari ilin yanvar-fevral aylarında keçən ilin analoji dövrüylə müqayisədə dramın 10-11% ucuzlaşdığını söyləyib. Məhsulların qiymət artımı 7,3%, ilkin tələbat mallalarının qiymət artımı isə 25-30% olub.

Avetisyan son 3 il ərzində Ermənistanın dövlət borcunun 27% artdığını bildirib. O, həmçinin ölkəyə investisiya axınının 2,6 dəfə, birbaşa investisiyanın isə 1,23 azaldığını qeyd edib.