Ermənistanda əhalinin neçə faizi Paşinyanın istefasını istəyir?

141

Ermənistanda rəyi soruşulan respondentlərin 43,6 faizi baş nazir Nikol Paşinyanın istefa verməli olduğunu hesab edir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu “Gallup” Beynəlxalq Assosiasiyasının sorğusunun nəticələri göstərir.

Ötən il 13 noyabrda keçirilmiş rəy sorğusunda iştirakçıların 35 faizi Paşinyanın istefa verməli olduğunu deyib. Noyabrın 25-dən dekabrın 2-dək keçirilən sorğuda isə rəyi soruşulanların 45,3 faizi baş nazirin istefasını tələb edib.

Respondentlərin 38,8 faiz Paşinyanın vəzifəsində qalmalı olduğunu söyləyib ki, bu göstərici noyabrın 13-də keçirilən sorğunun nəticələrindən 9,3 faiz az, noyabrın 25-dən dekabrın 2-dək keçirilən rəy sorğusunun nəticəsindən 1 faiz çoxdur.

Rəyi soruşulan vətəndaşların 17,6 faizi suala cavab verməkdə çətinlik çəkib.

Bundan başqa, Qarabağ müharibəsi ilə bağlı rəy sorğusunda respondentlərin 32 faizi məğlubiyyətdə əvvəlki hökumətləri, 28,8 faizi isə Paşinyan hökumətini günahlandırıb.