Ermənistan XİN: “Türkiyə ilə sərhədlərimiz açılmalıdır”

483

Hurriyyet.org xəbər verir ki, Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan ölkənin təhlükəsizliyi üçün mümkün olan hər şeyi etmək lazım olduğunu bildirərək Türkiyə ilə münasibətləri normallaşdırmaq çağırışı edib. Ayvazyan Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasının da artıq mənasız olduğunu söyləyərək deyib: “Ermənistan Türkiyə ilə sərhədin bağlı saxlanılması üçün heç bir səbəb görmür”.

Ayvazyan həmçinin Qarsda keçirilən Türkiyə-Azərbaycan təlimlərindən narahat olduqlarını da bildirib.