Ermənistan vətəndaşları Rusiyaya səfər edə biləcəklər

315

Ermənistan vətəndaşları fevralın 1-dən Rusiyaya səfər edə biləcəklər.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentindəki “İşıqlı Ermənistan” fraksiyasının sədri Edmon Marukyan feysbuk səhifəsində yazıb.

O bildirib ki, bunun üçün COVID-19 testinin cavabının mənfi olması mütləqdir.