Ermənistanda hərbi vəziyyət ləğv olundu

216

Ermənistanın Milli Məclisinin deputatları ölkə parlament seçkilərinin ərəfəsində olduğuna görə hərbi vəziyyəti ləğv edib. Bu barədə “Sputnik Ermənistan” xəbər verib. Ermənistan qanunvericiliyinə görə, parlament seçkiləri hərbi vəziyyət zamanı keçirilə bilməz, habelə seçkilərə 30-45 gün qalmış fəaliyyət göstərən parlament buraxılmalıdır. Baş nazir Nikol Paşinyan 20 iyunda ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirmişdi. Müxalifətsə öz növbəsində, onu səsvermənin ləngitməkdə günahlandırmışdı. Bundan başqa da müxalifət seçkilərin proporsional sistemdə keçirilməsini ləğv etməyə və onu reytinq sestemiə keçirməyə çağırdı.

 

Tərcümə etdi: Ülviyyə Şükürova