Ermənistan futbolunda qalmaqal: Klub rəsmi şəkildə çempionatı tərk etdi

75

Vanadzor şəhərini təmsil edən “Lori” klubu Ermənistan Futbol Federasiyasına Premyer Liqadan çıxması barədə ərizəni təqdim edib.

Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

“Ermənistan Futbol Federasiyasının Apellyasiya Komitəsinin apardığı araşdırma və qəbul etdikləri qərar ədalətli olmayıb. Bu, bizə başqa çıxış yolu qoymur”, – deyə klubdan bildirilib.

Klubun çempionatı tərk etməsində siyasi motivlərin olması da istisna edilmir.

Qeyd edək ki, klub hələ 2020-ci ilin avqustunda “Urartu” ilə qarşılaşmada pandemiya səbəbilə oynaya bilməməsinə görə texniki məğlubiyyət verilməsi qərarına etiraz etmişdi.

/oxu.az