Ermənistan Baş Qərargah rəisi Azərbaycanla sərhəddəki mövqelərdə olub

123

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Artak Davtyan sərhədin şərq istiqamətində yerləşdirilən hərbi hissələrdə olub. Virtualaz.org-un məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, bir gün əvvəl baş tutan səfər zamanı Davtyan döyüş mövqelərini ziyarət edib.

O, sərhədin həmin hissəsindəki əməliyyat vəziyyəti ilə yanaşı, postların möhkəmləndirilməsi üzrə mühəndis işləri ilə də tanış olub.