Ermənilərin “yeni vətənə” köçü gürcüləri narahat edir – Abxaziya itirilir

786

2021-ci il fevralın 1-dən İrəvandan Rusiyanın müxtəlif şəhərlərinə mütəmadi reyslər bərpa olundu. Reyslərin bərpa olunmasıyla ermənilərin Ermənistandan axını başlayıb və bu axının istiqaməti Abxaziyadır. Sərhəd Psou çayından keçən erməni millətindən olan adamların statistikası naməlumdur.

Amma sosial şəbəkələrdəki aktivliyə baxsaq görərik ki, söhbət minlərdən gedir. Bu hələ başlanğıcdır. Ermənistandan hələ ki, Abxaziyaya köçə bilməyən amma buna niyyətlənən ermənilər üçün ya Krasnodar ya da Abxaziya erməniləri “eniş məkanı” hazırlayırlar.

Ermənilər köç məsələsini həm də sosial şəbəkələrdən yaşayış yeri və işlə bağlı da sualları çözməyə çalışaraq həll edirlər. Misal üçün, “Facebook”dakı “Abxaz Avto” qrupunda Anna Topçyan ikinci Qarabağ müharibəsində erməni işğalçı ordusunun tərkibində döyüşən əri ilə Abxaziyaya köçməyə hazırlaşır və onun işi ilə maraqlanır:

“Abxaziyada traktorçu işi axtarıram, sürücünün müvafiq vəsiqəsi və 8 illik iş təcrübəsi var. Sürücü Ermənistandan gələcək, buna görə işi əvvəlcədən axtarırıq, əmək haqqını bildirin”.

Maraqlısı budur ki, İkinci Qarabağ müharibəsi başlayanda, həmin bu Topçyanın səhifəsində paylaşılan xəritədə Azərbaycanın çox hissəsi “Ermənistan” kimi rənglənib, qalanı isə “Talışıstan”“Ləzgistan” hissələrinə bölünüb. Ancaq erməni işğaıçılarının biabırçı məğlubiyyəti Azərbaycan torpaqlarında “böyük Ermənistan” xəyalı quranları planlarını təcili dəyişməyə məcbur etdi. İndi də Gürcüstanı bölüb onun torpaqlarını “Ermənistan”a çevirəcəklər.

Elə eyni qrupda da ermənilər Abxaziyaya köçməyə dair suallar verirlər. Məsələn, Kristina Avetisyan soruşur: “Deyin görüm, erməni vətəndaşlığı olanlara artıq sərhədi keçməyə icazə verilirmi?” Ermənilərin Abxaziyaya köçmək barədə sorğu-sualları yalnız “aysberqin görünən hissəsidir”. Abxaziya erməniləri içində qohumları ya tanışları olan Abxaziyaya köçməyə hazırlaşan ermənilər də İkinci Qarabağ müharibəsindən sonra “sakitcə” yeni vətənlərinə doğru yola düşürlər.

Aydındır ki, Abxaziyanın ermənilərlə məskunlaşması prosesi nəzarətsiz və yayğın şəkildə gedir. Abxazlar gözlərini açmağa imkan tapmadan görəcəklər ki, onların “müstəqil dövləti” sakitcə “dənizkənarı Ermənistan” adlanır.

Tərcümə etdi: Ülviyyə Şükürova