Ermənilərin Şuşadan çıxardıqları xalçalar İrəvanda – Foto

165

Fevralın 20-də İrəvandakı Aleksandr Tamanyan adına Milli memarlıq muzey-institutunda Şuşa Xalça Muzeyinin sərgisi açılacaq.

Teleqraf.com  xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, xalçalar muzeyin qurucusu Vardan Astsatryanın şəxsi kolleksiyasına aiddir və 1 noyabr 2020-ci ildə Şuşadan çıxarılıb.

Təqdim olunan nümunələrin ən qədimi 350 yaşındadır.

Sərginin kuratoru Narek Van Aşuqatoyandır.

Sərginin açılışı 20 fevral saat 15:00-da baş tutacaq.