ERMƏNİLƏRİN ŞUŞA İDDİASINA PAŞİNYANDAN GÖZLƏNİLMƏZ CAVAB – “Əhalisinin 90% -dən çoxu…”

660

Ermənistan tarixində ilk dəfə iki yüksək rütbəli məmur Şuşaya sahiblik üstündə mübahisə ediblər. Musavat.com-un məlumatına görə, bu barədə  erməni mediası xəbər verib.i

Belə ki, “bu gün baş verənləri təsvir etmək üçün söz tapmaq çətindir”, deyə, erməni müəllif Bagramyan özünün telegram səhifəsində yazır.

Sitat: “Günortadan sonra xarici işlər naziri Ara Ayvazyan bəyan edir: “Şuşi (Şuşa -red.) bir erməni mədəniyyət mərkəzidir. Kimin nə elan etməsindən asılı olmayaraq, Şuşinin türk mədəniyyət mərkəzi ola biləcəyi ilə razılaşmırıq”.

Bir neçə saat sonra Baş nazir Paşinyan parlamentdə çıxış edərək deyir: “Əhalisinin 90% -dən çoxunun azərbaycanlı olduğu Şuşinin (Şuşa!) öz statusuna görə erməni olduğunumu söyləmək istəyirsiniz?”

Adətən bu cür ziddiyyətli bəyanatlar İrəvan və Bakı tərəfindən verilirdi.

Bu gün o yerə çatmışıq ki, Şuşinin statusu ilə bağlı bir ölkənin hökumət başçısı və xarici işlər naziri tərəfindən ziddiyyətli açıqlamalar verilir…”

Sitatın sonu.

Görünən budur ki, Ermənistan siyasətində və hökumətində az -çox ağlı başında olan elə Paşinyandır