Ermənilərin sensasion Qarabağ planı – Mixaylov açıqladı

180

Dəfələrlə demişəm ki, rus sülhməramlıları Qarabağ münaqişəsinin həllində əvəzedilməz bir əlaqədir və təsadüfi deyil ki, erməni quldur birləşmələri yerləşdikləri ərazilərdə təxribatlar həyata keçirməyə çalışırlar. Yəni əslində separatçılar lazımi reaksiyanın verilməməsi ümidi ilə Moskvanın səbrini sınayırlar.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, Kremldən bir reaksiya var və ermənilərin özlərinin Rusiyanı və sülhməramlı potensialını nüfuzdan salmağa çalışdıqları barədə bir anlayış mövcuddur:

“Bu niyə edilir? Əvvəlcə İrəvan politoloqlarının Rusiya və Türkiyənin Cənubi Qafqazdakı təsirlərini aradan qaldırmaq, eləcə də fransızları, amerikalıları və Qərbin digər ölkələrini sülhməramlı qismində cəlb etmək lazım olduğu barədə son açıqlamalarına diqqət yetirək. Bölgədə yeni bir qərar qəbuletmə mərkəzinin meydana çıxdığına dair anlayış mövcuddur. Rəsmi Moskva və Ankara birlikdə bölgənin təhlükəsizliyi üçün ən vacib qərarları verirlər və Azərbaycan hərbçiləri tərəfindən mühafizə olunan Ağdamdakı Monitorinq Mərkəzi Rusiya ilə Türkiyənin bütün Qafqaz və Orta Şərq bölgəsi üzərində təsir gücünü artırmaq üçün həyata keçirdiyi genişmiqyaslı ortaq planların ilk əlamətidir.

Ermənistanın Qərb sponsorları bunu bəyənmirlər və bu səbəbdən də Rusiya sülhməramlılarının fəaliyyətini ləkələmək üçün təxribatlar baş verir. Yenə təkrar edirəm, Rusiya sülhməramlılarının fəaliyyəti ilk növbədə erməni tərəfinin təxribatlarının qarşısını almağa yönəlib və gizlənən yaraqlıların kökündən təmizlənməsi barədə qərar qəbul edilərsə, şübhəsiz ki, bu, Azərbaycan tərəfi ilə əlaqələndiriləcək”.

Mixaylov hazırda vəziyyətin göründüyü qədər kritik olmadığını və sülhməramlıların öz işlərinin öhdəsindən gəldiyini də vurğulayıb:

“Yenə də unutmaq lazım deyil ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də bu ərazilərdə baş verənləri təhlil edir və mənim fikrimcə, kardinal qərarların qəbulu ilə bağlı da müəyyən təhlillər edir.

Şübhəsiz ki, son illər ABŞ Cənubi Qafqazdakı vəziyyətə nəzarəti itirib və bu vəziyyət heç də keçmiş dünya hegemonunun lehinə deyil. İndi ABŞ əsas regional dövlətlər olan və nəticədə, Ermənistanın Baş naziri Paşinyanın Soros rejiminin Azərbaycanla müharibədə böyük məğlubiyyətə uğramasıyla nəticələnən Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edən Rusiya və Türkiyənin nailiyyətlərini bərabərləşdirməyə çalışacaq.

Beləliklə, Ermənistan, onunla yanaşı isə ABŞ və müttəfiqləri də məğlub olaraq bölgəni xaosa qərq edə bilmədilər. Yalnız 44 gün ərzində Azərbaycan qalıb gəldi, Rusiya və Türkiyə əsas sülhməramlılara çevrildi. Vəziyyət həyəcanvericidir və ABŞ-ın yeni hökumətindən hər cür xainlik gözləməliyik. Eyni zamanda qeyd edim ki, Moskva-Ankara əməkdaşlığının güclənməsi, eləcə də Tehranın bu tandemdə mümkün iştirakı amerikalıların regiona xaosun qayıtması planlarına mane ola bilər”.