Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı

225
QAFQAZ ALMANLARININ SOYQIRIMI VƏ DEPORTASIYASI

Tanınmış araşdırmaçı yazar Xaqani İsmayılın “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabı bədnam qonşumuzun  bütün yalanlarını ifşa edən, onların xislətini ortaya çıxaran və bir çox tarixi faktlara işıq tutan ən mükəmməl vəsaitlərdən biridir. Müəllifin böyük zəhməti hesabına 3 dildə – Azərbaycan türkcəsi, rus və ingiliscə çap olunan kitabın, xüsusən də bütün dünyanın diqqətinin Qarabağa yönəldiyi indiki ərəfədə, geniş yayılmasına ciddi ehtiyac duyuruq. Odur ki, AMEA Tarix İnstitutunun və İnsan Hüqüqları İnstitutunun rəyi və tövsiyəsi ilə nəşr olunan bu kitabın “Hürriyyət” qəzetində hissə-hissə dərcinə qərar verdik. Buyurun, oxuyun.

 

RUS DİPLOMAT VƏ HƏRBÇİLƏRİ

ERMƏNİLƏR HAQDA

 

Van rus hərbi hissələri komandanı Nikolayevin Qafqaz Orduları koman­da­nına göndərdiyi teleqrafdan [1 Temmuz (iyul) 1915-ci il]:

Erməni könüllüləri oğurlanmış qənimətləri götürən zaman vəzifəsi bunun qarşısını almaq olan rus əsgərlərinə ermənilər tərəfindən atəş açılmışdır. Bundan başqa, könüllülər davamlı surətdə yağma yapmaq və hər cür cinayətlər işləməkdən zövq almaqdadırlar. Bu çoxalan cinayətlərə son vermək məqsədilə Vanda hərbi məhkəmə qurulmuşdur. Bunlara mane olmaq üçün ayrıca qaydalara nəzarət edən birliklərin təşkilinə lüzum görülmüşdür.

***

“Rusiyanın Bitlis konsulunun məruzəsi”ndən (3 dekabr 1910-cu il, № 602):

… Erməni komitələri indiyə qədər erməni camaatının cəhalətindən çox mahiranə bir surətdə istifadə etmişlər.

İndi adi çəkilən cəmiyyətin [Erməni İxtilal Cəmiyyəti (Partiyası) “Daşnaksütyun” –X.İ.] Sasun, Muş sancağı, Muş ovası, Bulanıq, Ahlat və Malazgird qəzalarıyla, Bitlis şəhərindəki üyələrinin sayı 100 000 nəfərə çatmışdır. Bu təşkilatın vilayət (Bitlisi nəzərdə tutur–X.İ.) içindəki başlıca rəisi Karmen (Carmen), digər adıyla Karnikdir. Daşnaksütyun cəmiyyətinə girməzdən öncə Karnik bir keşiş idi. Əsl adı Dacad Vartabed (Dadjad Vartabete) imiş. Sonra ruhani qiyafəsini ataraq Daşnaksütyun cəmiyyətinə girdiyi vaxt, başqa erməni ixtilalçıları kimi, o da müstear bir isim (ayama, ləqəb – X.İ.) almış və bu günə qədər Karmen adıyla tanınmışdır…

Rəisləriylə birlikdə bu 100000 üzvün girdiyi cəmiyyətin mərkəzi idarəsi Muş şəhərindədir. Bu təşkilat 20 komitəyə, 100 alt komitəyə və 8000 qrupa ayrılmaqdadır…

Sonra məruzə müəllifi daşnakların silahlı olduqları və silahlarının markası, miqdarı və s. haqda da məlumat verir.

***

General Bolkovitinov da 9 Temmuz (iyul) 1915-ci il tarixli məktubunda Vorontsov-Daşkova Nikolayevin yuxarıda xatırlatdığımız teleqrafdakı “ermənilərin rusların üzünə ağ olması” məsələsini çatdıraraq, qayda yaradanadək yeni erməni könüllü dəstələrinin yaradılmasının yasaqlandığını bildirir.

 

***

Qafqaz Rus ordu komandanı general Odişelidzenin Qafqaz Osmanlı ordu komandanına yolladığı 10 yanvar və 9 fevral 1918-ci il tarixli teleqramlarında erməni çətə rəisi Sivaslı Murad və b.–nın əli ilə 1918-ci ilin yanvarında Ərzincanda mənasız yerə (tərksilah adıyla) müsəlmanların qırılması; Kelersen kəndində, Fol kəndində (rus forması geyinmiş erməni banditləri tərəfindən), Qızılağac kəndində, Şarlıbazar, Akkilsə, İnesil və b. kəndlərdə müsəlmanların öldürülməsi, var-dövlətlərinin talanması bildirilir(Teleqramların əsli Genəlkurmay arxivində saxlanılır).

***

Türküstan Avcı Alayından yüzbaşı vəkili Kazimirin məruzəsindən:

“Ermənilər müsəlmanları Sarıqamışda işlətmək bəhanəsilə topladılar və şəhərdən 2 kilometr ayrılınca qətl etdilər.

Hərgah ermənilər arasında rus zabitləri olmasaydı, zülmün daha da böyük olacagı təbii idi. Bir gecədə 800 müsəlmanın doğrandığını birbaşa ermənilərdən eşitdim. 15-16 yanvar (1918) gecəsində ermənilər Ərzincanda müsəlman əhaliyə qarşı kütləvi qırğın törətdilər.

Albay Morelin gördüyü tədbirlər nəticəsiz qaldı. Zülm və yağma davam etdi”…

Başqa qaynaqlar isə əslində albay Morelin də erməni yanlısı olduğunu bəlirləməkdədir.

***

Erməni əsilli olmasına baxmayaraq, istehkam zabiti Morozovun da fransızca yazdığı, əlyazmasıyla (M.Meguerditche imzasıyla) hazırladığı məruzədə deyilir: “… Qətliam ən çox Erməni kilsəsi civarında icra edilmişdir. Verilən nəsihətlərə baxmayaraq bu kütləvi qırğının önünə keçmək mümkün olmamışdır. Ərzincan ilə ətrafında 250-300-ə yaxın müsəlman qətl olunmuşdur”.

 

 Yarbay Tverdoxlebovun Xatirəsindən

 

Rus əsgərlərindən bu sözləri dəfələrlə eşitdim: “Erməni yaxşı millətdir! Türklər bunları becərdilər, ancaq yaxşı qıra bilmədilər; bir dənə qalmayıncaya qədər qırmalıydılar!..””

***

Ilıca qəsəbəsində qalmış (qaçmamış) türklərin hamısının öldürülmüş olduğunu və koruş baltalarla ənsələrindən kəsilmiş bulunduqlarını və bir çox uşaq cənazələri gördüyünü birbaşa Odişelidze özü söyləmişdir.

Ilıca qətliamından üç həftə sonra martın 11-də oradan keçən Qayməqam Qryaznov müşahidələrini aşağıdakı şəkildə nəql etmişdir:

“O, kəndlərə gedən yollarda əzası dağıdılmış (eybəcər hala salınmış) bir çox cənazəyə rast gəlmişdir. Hər keçən erməni bunlara bir kərə söyər və tüpürərmiş.

12×15 kvadrat sajen (25,5 × 31,9 kv. m) genişliyindəki məscid həyətində iki arşın hündürlüyündə cənazə yığılmışdı. Bunların arasında hər yaşda qadın-kişi, çoluq-çocuq və ixtiyarlar vardı. Qadın cənazələrində zorakı təcavüz əlamətləri bəlli idi. Bir çox qadın və qızların tənasül üzvlərinə tüfəng fişəngi (güllə –X.İ.) soxulmuşdu. Erməni hissələri nəzdində telefon xidməti yapan erməni qızlarından bir-ikisini Qayməqam Qryaznov məscid avlusuna (həyət –X.İ.) dəvət etmiş; erməni mərifətlərini görüb sərzənişlə iftixar etmələrini təklif etmiş; o halı gördükləri zaman təsirlənəcəklərinin əksinə sevinclə gülməyə başlamaları nifrət və heyrətinə səbəb olmuşdur. Çox mütəəssir olan Qryaznov bunları tənə ilə töhmətləməyə başlamış; ermənilərin hətta qadın belə olsalar, ən alçaq və vəhşi camaat olduqlarını və hərb etmiş, bir çox faciə görmüş bir zabitin belə tüklərini ürpədən bu vəhşilik lövhəsi qarşısında təlim, tərbiyə və məktəb görmüş gənc qızların sevinclə gülməsi buna dəlildir –deyincə bir parçacıq sıxılmaq lüzumunu xatırlarına gətirən qızlar, sinirlərinin gəvşəməsindən (zəifləmək –X.İ.) güldüklərini iləri sürmüşlərsə də, hunharca fikirlərini təvil (izah –X.İ.) edəməmişlər…”

Alaca mənzil komandanlığı öhdəçisi bir erməni 12 martda Alacada törədilən vəhşiliyi belə anlatmışdır:

“Ermənilər bir qadını canlı olduğu halda divara mıxlamışlar, sonra ürəyini oyub başının üstündən asmışdılar!”

…Osmanlıların Ilıcaya doğru gəldikləri hərbi hərəkatdan bəlli olduğu zaman, Ərzurum şəhərində ermənilər tərəfindən türk əhalinin dərhal həbsinə başlandı. Xüsusən də 10-11 martda tutuqlamalar gözə çarpacaq dərəcəyə çatdı. 11-12 mart gecəsi ermənilər, rus zabitlərini aldadaraq qətliam törətdilər və Türk əsgərinin qorxusundan özləri də fərar etdilər… o gecə qətl edilənlərin üç minə çatdığı ermənilər tərəfindən fəxrlə söylənmişdir…

***

Bəzilər susmağı üstün tutar, bəziləri də rusların sərzənişlərinə qarşı : “ Siz russunuz, heç bir zaman erməni millətinin məfkurəsini anlaya bilməzsiniz!” deyərdilər.

***

Ermənilər rüzgar (yel) əkdilər, fəqət rüzgar əkənin fırtına biçəcəyini unutdular!

Ərzurum, 29 aprel 1918.

Ərzurum-Dəvəboynu Mövqeləri Müvəqqəti komandan vəkili və II Ərzurum istehkam Topçu alayı komandanı: Qayməqam yarbay Tverdoxlebov   (1: s.45-53; 6.).

***

Yüzbaşı İvan Qokilaviç Piliatın Ərzurumdan, türk əsirliyindən yazdığı 30 aprel 1918 -ci il tarixli məktubunda da general Odişelidzenin planında türk hissələri ilə savaşmaq olmadığı qeyd edilərək ermənilərin qəddarlığından dad edilir: “Cənabi-Haqqa şükür ki, ermənilərə yox, türklərə əsir oldum”. Əslən ukraynalı, Kiyevli olan yüzbaşı (kapitan) 7-ci Qafqaz Dağ Topçu Taburunun komandanı kimi Rusiya ordusunda Osmanlıya qarşı vuruşmağa məcbur olsa da, ermənilərin əlində ölmədiyinə şükür edir. (Məktub Tverdoxlebovun xatirəsinə əlavə olaraq yayınlanmışdır).

 

Yarbay Tverdoxlebovun Tarixçəsi

 

“Rəsmi keçid törənində (10 mart 1918, rumi tarixilə –X.İ.) general Odişelidzeyə erməni albayı Torkom (əslən Bolqarıstan ermənisi olan, Ərzurum mərkəz komandanı –X.İ.) erməni dilində yazılmış bir çıxış mətni oxudu. Təbii, ermənicə bilmədiyimiz üçün heç birimiz bir şey anlamadıq. Sonra söylədiklərinə görə, (burada) Ermənistanın qurulduğunu və birbaşa özünün də hökuməti idarə etməyə başladığını elan edibmiş. Başkomandan (Odişelidze) bunu öyrəndiyi vaxt Torkomu Ərzurumdan qovdu.

Hökumətin heç cür erməni istiqlalına meydan vermək istəmədiyini bundan anladıq…”

Sonra Tverdoxlebov ermənilərin Ərzincanda və Ərzurum yaxınlığındakı Ilıca kəndində biçarə türkləri qətl etdiyinə toxunur…

“İngilis zabitləri bu toplantıya (Ərzuruma –X.İ.) çağırmaqda birinci məqsədimiz, rus zabitləri ilə erməni komandanı arasındakı münasibəti görmələri və rus zabitlərinin erməni vəhşiliklərinə nə dərəcəyə qədər əngəl olmağa qadir bulunduqlarını anlayıb, bir neçə gün sonra geri dönüşlərində, gördüklərini və mülahizələrini bu olayla doğrulaya bilmələri idi. Çünki, doğrudan da, əmrim altında olan teleqraf və telefon xətlərinə malik olmadığımdan, yazdığım teleqrafların ünvanlarına verilmədiyinə əmin olduğumu və görüb xəbər alaraq öyrəndiyim hər cür erməni vəhşiliklərini bütün dəhşətiylə ortaya qoydum… “… erməni vəhşilik və rəzilliklərinə son verilməsini, belə olmazsa, bütün rus zabitlərinin yerlərini buraxaraq geri getmələrinə icazə verilməsini israrla istədiyimizi” bildirdim. Məndən sonra söz alan zabitlər də, mənim mülahizəmi doğruladılar”.

***

“…Rus zabitləri indiyə qədər bir çox suçlu (səbəbsizcə yerli türklərin qanını tökən –X.İ.) ermənini ortaya qoyduğu halda, bunların heç birisinin cəzalandırılmadığı söylənincə susurdular…”

***

Vəhip paşanın komandanlığı altında Türk ordusunun Ərzuruma yaxınlaşdığı və Brest-Litovsk (3 mart 1918) anlaşması əsasında Rusiya ordusunun Anadoludan çəkilib (1877-ci il sərhədlərinə qədər) getməli olduğunu eşidən erməni “igidləri” rus topçu arabalarından atları açıb iki-iki minərək (yəni rus zabitlərini qaçaqaçda piyada buraxaraq) “gecədən faydalanıb ƏrzurumQars şose yolu ilə fırtına kimi ( ölülü-dirili –X.İ.) qaçmağa başlamışlar”…

 

Qeyd: o vaxt ruslardakı tarix rumi təqvimi ilə olduğundan 13 gün artımı ilə sürüşdürməklə miladiyə çevrilir. – Qeydlər doç.dr. Azmi Süslünündür.

(Ardı var)