Ermənilərdən ETİRAF: “Azərbaycanlılar istədikləri vaxt mövqelərimizi ələ keçirə bilər”

33

Ermənistanın Gorus şəhəri yaxınlığında yerləşən Xanazax kəndi ilə bağlı xəbər var.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, kəndin yaxınlığındakı mövqelərdən birində xidmət çəkən erməni hərbçilər narazılıq ediblər. Onlar mövqeyin üç tərəfdən Azərbaqycan Ordusunun mövqeləri ilə əhatə olunduğunu bildiriblər.

“Bu mövqe üç tərəfdən Azərbaycan Ordusu ilə əhatə olunub. Qüvvələr nisbəti konkret say deməsən belədir – düşmən bizim qüvvələrimizlə müqayisədə böyük üstünlüyə malikdir. Onlar istədikləri vaxt bizim mövqeyi ələ keçirə bilərlər. Biz həlqədəyik”-deyə erməni hərbçilər şikayətlənib.

Onlar Müdafiə Nazirliyinin onlarla maraqlanmadığını da əlavə ediblər.