Ermənilər Zəngəzurdakı yollarını dəyişirlər

726

Hurriyyet.org xəbər verir ki, Ermənistan rəhbərliyi Sünik vilayətinə alternativ avtomobil yolları çəkdirməyi planlaşdırır.

Bu barədə məlumatı Ermənistanın infrastruktur və ərazi idarəsi naziri Curen Papikyan  parlamentdə müstəqil deputat Anna Qriqoryanın sualının cavabında verib.

“Bəli, alternativ yollar tikiləcək. Hava şəraiti normallaşdıqdan sonra tikinti başlanacaq”.

Qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasından sonra ermənilərin yaşayış məntəqələrini birləşdirən bəzi yollar qismən Azərbaycanın nəzarəti altına keçib.