Ermənilər Qandini təhqir etdi – Hindistan səfirliyi susdu

48

Xəbər verdiyimiz kimi, erməni vandalları İrəvanda yerləşən Hindistanın siyasi və ideoloji lideri Mahatma Qandinin abidəsini təhqir ediblər. Erməni Teleqram kanallarında paylaşılan fotoda abidənin tam yandırıldığı görünür.

Məsələ ilə bağlı Axar.az-ın sorğusunu cavablandıran Hindistanın Bakıdakı səfirliyi bildirib ki, bu, onların məsələsi deyil:

“Bununla bağlı Hindistanın Ermənistandakı səfirliyi açıqlama verə bilər”.

Qeyd edək ki, ermənilərin Qandinin heykəlini yandırmasının səbəbi kimi hind liderin qondarma “erməni soyqırımı”nı inkar etməsi göstərilir.