Ermənilər müxalif deputatı ƏLƏ SALDILAR

231
İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətdən sonra Ermənistanda daxili siyasi gərginlik səngimir.

 

Ölkədə vəziyyət elə həddə çatıb ki, artıq təkcə iqtidar komandasında deyil, müxalifətdə də “qopmalar” müşahidə olunur.

Dünən Ermənistan parlamentinin deputatı Qevorq Petrosyanın “Çiçəklənən Ermənistan” müxalif fraksiyasını tərk etməsi erməni KİV-lərində geniş müzakirə mövzusu olub. Hətta bu mövzuda karikatura da hazırlanıb.

Karikaturada “Çiçəklənən Ermənistan” partiyasının sədri, milyonçu Qaqik Sarukyanın komandanı tərk edən deputat Petrosyanın dalınca qaçması təsvir edilib.

Məlumatda qeyd olunub ki, ölkənin belə ağır vəziyyətində müxalifət birləşmək əvəzində parçalanmağa meylləndir.

Xatırladaq ki, Petrosyan fraksiyadan ayrılmağının səbəbini bu qüvvənin ölkəni mövcud çətin vəziyyətdən çıxarmaq üçün lazım olan addımları atmaması ilə əlaqələndirib. O hesab edir ki, fraksiya hakimiyyətə müqavimət göstərmək üçün kifayət qədər qətiyyətli deyil.

“Çiçəklənən Ermənistan” fraksiyasının tərkibində qalmağı mənasız hesab edən Petrosyan, bundan sonra müstəqil deputat olaraq işinə davam edəcəyini söyləyib. \\Azvision