Ermənilər İrəvandakı rus səfiri şoka saldı

264

Müharibənin başa çatmasından artıq üç aydan çox vaxt keçməsinə baxmayaraq, Ermənistanın Müdafiə Nazirliyi döyüşlərdə iştrak edən hərbçi və könüllülərin dəqiq sayını bu günə qədər bilmir. Əsir və itkin düşənlərin siyahıları və sayı barəsində məlumatlar isə ümumiyyətlə xaosu xatırladır.

Axar.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Tevos Arşakyan yazıb.

“Məhz bu səbəbdən cümə axşamı Rusiyanın Ermənistandakı səfirliyinin binası qarşısında bir qrup adam mitinq təşkil edib. Bu insanlar əsirlərin hələ də Azərbaycanda qalmasında Rusiyanı da günahkar bilərək, səfirlikdən izahat tələb edib. Amma artıq təsdiqlənmiş məlumata görə, Rusiyanın Ermənistandakı səfirliyi bu mitinqə toplaşanların hamısına bir cavab verib: “Bu qədər yaxşılıqdan sonra siz burada mitinq edirsiz?”

Tamamilə aydındır ki, bu cür rüsvayçı reaksiyadan sonra Ermənistanda daha çox insan Rusiyanın bizə nə dost, nə də tərəfdaş ola bilməyəcəyinə əmin olacaq. Ruslar bunu da bizə etdi”, – deyə erməni ekspert qeyd edib.