Ermənilər Bakıya hirslənib İrəvan yolunu BAĞLAYIBLAR

513

Ermənistanın Şirak vilayətinin sakinləri yenə yolları bağlamaq aksiyasına başlayıblar.

Hurriyyet.org erməni sosial şəbəkələrinə istinadən verdiyi məlumata görə, onlar əvvəl Şirakın Xor kəndi ərazisindəki İrəvan-Gümrü magistralını, daha sonra isə İrəvan-Vanadzor yolunu bağlayıblar.

Etirazçıların Dağlıq Qarabağda “qeybə çəkilmiş” erməni terrorçularının qohumları olduğu bildirilir.

Aksiya iştirakçıları yaxınlarının Azərbaycan tərəfindən yaxalandıqlarını və dərhal azad olunmalarını tələb edirlər.

Bildirildiyinə görə, Şirak sakinlərinə yaxın günlərdə Azərbaycanın 25 terrorçunu azad edəcəyinə dair vəd verilib. Dünən isə cəmi 5 erməni əsiri İrəvana qaytarılıb. Onlardan yalnız 3-ü Şirak terrorçularındandır. Xəyal qırıqlığına uğrayan şiraklılar yenidən yolları bağlamaq aksiyalarına başlayıblar.

Maraqlıdır ki, etirazçılar öz yaxınlarının Azərbaycan təcridxanalarında saxlanıldıqlarını düşünürlər. Amma tələbi İrəvandan edirlər. İrəvan hakimiyyətini isə Bakıda adam yerinə qoyan yoxdur.

İrəvanın fikrincə, hazırda Azərbaycanda 100-ə yaxın erməni əsiri var. Bakı isə bu iddia ilə razılaşmır, hazırda ərazimizdə heç bir əsirin olmadığını vurğulayır. Bakının fikrincə, ermənilərin əsir adalandırdıqları adamlar isə əslində terrorçudurlar və terrorçuların azadlığa buraxılması nə beynəlxalq hüquq normalarına və nə də 9 noyabr sazişinə uyğundur. \\Ovqat.com