Erməni televiziyası Zəngəzur və Göyçənin Azərbaycana aid olduğunu göstərən xəritə yayımladı

42

Ermənistanın televiziyasında Zəngəzur və Göyçənin Azərbaycana aid olduğunu göstərən xəritə yayımlayıb.

Hurriyyet.org xəbər verir ki, sözügedən xəritə “armnews” televiziya kanalında yayımlanıb.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev eyib ki, bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq:

“Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün”.

YƏHYA