Erməni politoloq: “Araiki Azərbaycan benzini ilə yandırmaq lazımdır”

66

“Araik Arutyunyanın erməni torpağında məzarı olmayacaq”.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı, politoloq Mihran Akobyan deyib.

Onun fikrincə, separatçı Araiki yaxşı sonluq gözləmir.

Erməni politoloq Arutyunyanın Azərbaycan benzini ilə yandırılmasını təklif edib: “Yadınızdadırmı, Hadrutdakı evini itirən erməni Xankəndində Arutyunyanın paltar mağazasını yandırdı. Bu hərəkət qanuni idimi? Xeyr. Ədalətli idimi? Qətiyyətlə demək olar ki, bəli. Onun erməni torpağında məzarı olmayacaq. Üstəlik, Hadrut intiqamçısından nümunə götürüb onu Azərbaycan benzini ilə yandıracaqlar. Qanuni olacaq? Yox. Düzgün addım olacaq? Birmənalı olaraq, bəli! Məhkəmələr bunu edə bilməz. Amma gələcək nəsillər bir “türk agenti”ni ortadan qaldıran şəxsi mütləq haqq qazandıraraq tərifləyəcək”.

Xatırladaq ki, bir neçə gün əvvəl separatçı Araik Arutyunyan qalmaqallı açıqlaması ilə erməni cəmiyyətinin qəzəbinə tuş gəlib. Belə ki, o, indi özünü “vətənpərvər” kimi təqdim edən ermənilərin müharibə vaxtı yoxa çıxdığını deyib. Bu fikir birmənalı qarşılanmayıb.