Erməni mediası: Bu ərazidəki erməni əhali köçürüləcək – Video

156

Zəngəzur dəhlizi ilə bağlı “Hraparak” qəzeti maraqlı proqnoz irəli sürüb.

Axar.az xəbər verir ki, qəzet proqnozunu bu cür sıralayıb:

– Tezliklə Sünik (Zəngəzur) ikitərəfli dəmir yolu və magistral yolların inşası üçün nəhəng tikinti sahəsinə çevriləcək;

– Azərbaycan və Türkiyə qoşunları genişmiqyaslı inşaat işlərində iştirak edən minlərlə azərbaycanlı və türk işçinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanla Naxçıvan arasında “müvəqqəti” olaraq yerləşdiriləcək;

– İnşaat işləri bir il ərzində başa çatacaq, daha sonra “müvəqqəti” gələn qoşunların qalması üçün ərazidə hərbi bazalar quracaqlar;

– Bölgədəki erməni əhali də təhlükəsizlik səbəblərinə görə boşaldılacaq.