Emin Əmrullayev Azad Rəhimovla bağlı PAYLAŞIM ETDİ

189

“Gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsini dərin kədər hissi ilə qarşıladıq”.

Hurriyyet.org xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev “Facebook” hesabında yazıb.

“Azad Rəhimov ölkəmizdə gənclər və idman siyasətinin inkişafında böyük xidmətləri olan nikbin, xalqını sevən dövlət xadimi kimi yaddaşlarda qalacaq. Ailəsinə və yaxınlarına səbir diləyirik.

Allah rəhmət eləsin!”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimov ötən gün ABŞ-da dünyasını dəyişib.