“Kamran Əliyev etirazçı vətəndaşlarla PA qarşısından şikayətçilərlə birlikdə piyada Baş Prokurorluğa gəlmələri və…” – ELDAR SABİROĞLU

90

“Yuxarı dövlət orqanı tərəfindən edilən bu jestin həm etirazçılarda, həm də ictimai rəydə doğurduğu dəyişikliklər və yeni münasibətlərin davamlı olacağına inanıram”

Hurriyyet.org xəbər verir ki, bu haqda keçmiç millət vəkili öz rəsmi “Facebook” səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Bu gün ölkənin Baş Prokuroru Kamran Əliyev çox təqdirəlayiq bir addım atdı. Onun Prezident Aparatı qarşısında Tərtər hadisələri ilə əlaqədar etiraz edən şikayətçilərlə görüşü və onlarla səmimi söhbəti yeni və müsbət hadisə olduğundan diqqətimi cəlb etdi.

Sosial şəbəkələrdə Baş Prokurorun bu dəyərli hərəkətinə göstərilən münasibət onu deməyə əsas verir ki, insanların problemləri ilə əlaqədar yüksək dövlət orqanları rəhbərlərinin birbaşa ünsiyyətləri, vətəndaşı narahat edən məsələlərlə yaxından maraqlanmaları baş qaldıran narazılıqların vaxtında və anında aradan qaldırılmasına göstərdiyi təsirlə yanaşı dövlət və vətəndaş arasında qarşılıqlı inamın artırılmasına da öz böyük töhfələrini verir. Bu cür birbaşa təmaslar son nəticənin əldə edilməsində səylərin birləşdirilməsi ilə yanaşı, eyni zamanda dövlət adına ictimai fikrin əhəmiyyətini xeyli dərəcədə gücləndirir.

Kamran Əliyev etirazçı vətəndaşlarla PA qarşısından şikayətçilərlə birlikdə piyada Baş Prokurorluğa gəlmələri və onları dinləməsi digər dövlət orqanları rəhbərləri üçün də yaxşı nümunədir”.

Eldar Sabiroğlu

Keçmiş millət vəkili, ehtiyatda olan polkovnik