Dünyada koronavirus:son sutkada 413 mindən çox yoluxma qeydə alınıb

225

Dünyada son sutka ərzində 413 858 nəfər koronavirusa yoluxub, 12 787 nəfər ölüb. 

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 106 991 090 yoluxma hadisəsi, 2 347 015 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 44 faizdən çoxu Şimali və Cənubi Amerikanın (185 832) payına düşür. Digər yerləri isə Avropa (160 815) və Şərqi Aralıq dənizi bölgəsi (24 861) bölüşür. (apa)