Dünyada ilk dəfə – pasport daşımaq keçmişdə qalır

27

Hurriyyet.org xəbər verir ki, Ukrayna dünyada virtual kimlik proqramını tətbiq edən ilk ölkə olacaqdır.

Ukraynada tətbiq ediləcək “Diia” adlı proqram ilə 23 avqust tarixindən etibarən bu ölkədə virtual kimlik proqramı işə düşəcək. Bununla da Ukraynada pasport və şəxsiyyət vəsiqəsi daşımağa ehtiyac qalmayacaq. Ukrayna bu sahədə addım atan ilk ölkə olaraq tarixə düşür.

Ukrayna parlamentində dünən keçirilən səsvermə ilə qanuna dəyişiklik qəbul edilib. Bu qərardan sonra 23 avqust tarixindən etibarən virtual pasport proqramının tətbiqinə başlanması prosesi rəsmiləşib. Həmin tarixdən etibarən Diia adlı mobil proqram pasport və vəsiqə əvəzinə istifadə ediləcək.

Ukrayna Prezidenti Vladimir Zelenski məsələ ilə bağlı açıqlamasında deyib: “Ölkəmiz ilk addım atdı. Əməyi olanlara təşəkkürlər”.

Bənzər proqramlardan Polşa və Cənubi Koreya kimi ölkələrdə də istifadə edilir. Lakin Ukrayna mobil vəsiqə ilə həqiqi vəsiqəni eyni qəbul edən ilk ölkə oldu.

Diia proqramının şəxsiyyət vəsiqəsi, sürcülük vəsiqəsi, pasport və tələbə bileti kimi bir çox sənədi özündə birləşdirəcəyi bildirilir.