Donbasın xilası üçün yeganə yol budur – Zelenski

60

Ukraynanın NATO-ya üzvlüyü Donbasdakı müharibəni bitirmək baxımından Kiyev üçün yeganə yoldur.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O, NATO-nu Qara dənizdə təhlükəsizliyə və burada mövcudluğunu artırmağa daha çox diqqət yetirməyə çağırıb:

“Belə daimi mövcudluq regionda miqyaslı hərbiləşməni davam etdirən və ticarət gəmilərinə mane olan Rusiyanın qarşısının alınması üçün güclü faktor olmalıdır”.