Ukraynanın Donbas bölgəsində bir hərbçi minaya düşərək həlak olub.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə Donbasın Şumı yaşayış məntəqəsində qeydə alınıb.
İnsidentin baş verdiyi əraziyə Ukrayna Silahlı Qüvvələrinin və Hərbi Hüquq Mühafizə Xidmətinin əməliyyat qrupu cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.