“Disbakterioz” adında xəstəlik yoxdur, probiotiklər heç bir fayda vermir – Rusiyalı professor

372

Rusiyanın məşhur Seçenov Universitetinin professoru, tibb elmləri doktoru, həkim-hepatoloq Aleksey Buyeverov insanların əksəriyyətinin inandıqları, lakin əslində tibbi mif olan xəstəlik, pozulma və dərmanlar haqqında çox vacib və maraqlı məlumatlar verib.

Saglamolun.az kp.ru-ya istinadla bildirir ki, professorun sözlərinə görə, disbakterioz “psevdoxəstəlikdir”, yəni belə xəstəlik yoxdur.

“Bizdə disbakteriozu aşkar etmək üçün xüsusi analiz verirlər. Bu analiz haqqında alman və ya amerikanlıya danışanda, onlar söhbətin nədən getdiyini belə anlamırlar. Əslində heç bir disbakterioz yoxdur. Ən azından ona görə ki, bir insanda bağırsaq mikroorqanizmlərinin sayı 500 min, digərində isə 30 mindir. Fərq 16 dəfədir. Və hər biri üçün bu normadır – bir insan üçün 500 min, digəri üçün isə 30 min”, – alim bildirib.

Həmçinin həkim probiotik preparatları (lineks, maksilak, enterogermina və s. kimi) haqqında da məlumat verib: “Probiotiklərə bütün dünyada münasibət skeptikdir. 2019-cu ildə böyük araşdırma çıxıb. Orada göstərilib ki, probiotiklər əksər hallarda orqanizmdə qalmır, “kök salmır”. Onlar konkret orqanizm üçün yaddır və bu səbəbdən onların heç bir faydası yoxdur. Onlar bağırsağa daxil olur, lakin tualetə gedəndən bağırsaqdan dərhal çıxır.

Beləliklə, onların bağırsaqda qalıb koloniya yaratmaq və bununla da orqanizm üçün faydalı olmaq ehtimalı çox cüzidir”.

Həmçinin həkim bildirib nadir hallarda olsa da probiotiklər fonunda hətta sepsisin inkişafı mümkündür və bir heç belə hadisə qeydə alınıb.

Bundan əlavə həkim qastrit və mədə xorası xəstəlikləri haqqında da çox vacib məlumatlar verib. Həkimin sözlərinə görə, bu xəstəliklərin 95% hallarda səbəbi heç də əksəriyyətinin fikirləşdiyi pis qidalanma deyil, “Helikobacter pilori”  mikrobudur. Uzun müddət ərzində mövcud olan qastrit və xora fonunda insanda xərçəng inkişaf edə bilər. Bu səbəbdən helikobacter aşkar olunduqda mütləq müalicə almaq lazımdır. Bunun üçün xüsusi antibiotiklər sxemi istifadə olunur.