Deputatdan yazıçının həbs olunması xəbərinə maraqlı REAKSİYA

387

“Mətbuat yazır ki, yazıçı-şair Əjdər Ol saxlanılıb. Əjdər Ol vaxtı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəhbəri işləyib. Ötən həftə sabiq nazir Səlim Müslümov saxlanılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib”.

Bunu deputat Etibar Əliyev yazıçının həbsinə münasibət bildirərkən deyib.

“Əjdər Ol müəllim Səlim Müslümovun rəhbərlik etdiyi dövrdə nazirliyin aparat rəhbəri işləyib. Görəsən yazıçı-şair öz eloğlusu Səlim Müslümovu niyə pis əməllərdən çəkindirməyib? Bəlkə onu əsərlərində vəsf edib? Bunu onun yaradıcılığına bələd olanlar bilərlər….”, – deyə millət vəkili sözlərinə əlavə edib. \\Yenisabah.az