“Daxil olmuş müraciətlərlə bağlı tövsiyə xarakterli qərarlar da qəbul edilir” – ƏFV KOMİSSİYASININ ÜZVÜ

300

Bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının videformatda iclası keçiriləcək.

Daxil olan müraciətlər araşdırılır. Müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilir. Eyni zamanda tövsiyə xarakterli qərarlar da qəbul edilir. Bundan sonra qəbul edilmiş qərarlar cənab prezidentə təqdim edilir”

Bu barədə Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Hurriyyet.org-a açıqlamasında bildirib.

“Bir qayda olaraq Əfv Komissiyasının səlahiyyətləri və hüquqi statusu var. Komissiya prezidentin əfv hüququnun həyata keçirilməsini texniki baxımdan təmin edir. Daxil olan müraciətlər araşdırılır. Müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilir. Eyni zamanda tövsiyə xarakterli qərarlar da qəbul edilir. Bundan sonra qəbul edilmiş qərarlar cənab prezidentə təqdim edilir. Prezident də konstitusiyanın verdiyi səlahiyyətlərdən  və əfv etmək hüququndan istifadə edərək müxtəlif məhkum olunmuş şəxsləri azadlığa buraxır. Biz neçə nəfərin şamil olunacağını bilmirik. Bunu ölkə başçısı müəyyənləşdirəcək. Komissiya yalnız tövsiyə xarakterli qərarları hazır edir”.

YƏHYA