Daha bir məktəbin fəaliyyəti DAYANDIRILDI

96

Oğuz şəhər 3 saylı məktəb-lisey bağlanıb.

Buna səbəb tədris ocağının 5 müəllim və 2 texniki işçisində koronavirus aşkarlanmasıdır.

Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov “Report”un yerli bürosuna bildirib ki, məktəb iki həftə bağlı qalacaq.

Hazırda məktəbdə dərslər onlayn qaydada keçirilir. \\Report