Daha bir cüdoçumuz medal “Böyük Dəbilqə”də MEDAL QAZANDI

27

Azərbaycan cüdoçusu Murad Fətiyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” yarışında bürünc medal qazanıb.

Yarışa 1/32 finaldan başlayan cüdoçumuz ardıcıl olaraq Din Gemer (İsrail), Xose Mendiola (İspaniya) və Əbdülrəhman Məhəmmədi (Misir) mübarizədən kənarlaşdırıb. O, 1/4 finalda Toto Grigalaşvili (Gürcüstan) ilə dueldən məğlub ayrılıb. 81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız təsəlliverici qarşılaşmada Portuqaliyanı təmsil edən Anri Egutidze ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Fətiyev bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Zədəli olan kanadalı rəqibi Antuan Valya-Fortye tatamiyə çıxmadığı üçün Fətiyev qalib elan edilib. Beləliklə 3-cü yeri tutan Azərbaycan cüdoçusu Tokio Olimpiya Oyunlarına vacib lisenziya xalları qazanıb.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində Kəramət Hüseynov bürünc medal əldə edib.

Böyük Dəbilqəyə martın 28-də yekun vurulacaq. Milli komandamız turnirdə 11 cüdoçu ilə təmsil olunur. \\Demokrat