Dəngələri sarsıdacaq! Baydenin Patriotla bağlı gözlənilməz göstərişi

249

Hurriyyet.org xəbər verir ki, Wall Street Journal nəşri  ABŞ Prezidenti Cozef Baydenin Bəsrə Körfəzində yerləşən Patriot hava hücumundan müdafiə sistemlərini oradan çıxarmaq qərarı verdiyini iddia edib. Nəşrin iddiasına görə, Cozef Bayden  Bəsrə Körfəzində yerləşən Partiot hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, bir çox hərbi təchizat və qüvvənin regionu tərk eləməsi ilə bağlı ABŞ Müdafiə Nazirliyinə təlimat verib. Yüksək vəzifəli mənbəyə istinad edən nəşr, Pentaqonun biri Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hava limanında yerləşən üç Patriot sistemini  regiondan çıxaracağını qeyd edib.

Xəbərdə Pentaqonun bir təyyarə gəmisini, nəzarət sistemlərini və hərbi qüvvələrinin bir qismini də Yaxın Şərqdən çıxardığı bildirilir.

Digər tərəfdən Pentaqonun Yaxın Şərqdən çıxardığı təchizat və qüvvələrin bir qismini əsas qlobal rəqib hesab elədiyi iki ölkə olan Rusiya və Çinə qarşı yenidən yerləşdirə biləcəyi qeyd edilir. Amerikalı məmurların daha çox təhcizat və qüvvəni bölgədən çıxarmaq niyyətində olduğu irəli sürülüb.

Hərbi təchizatın bölgədən çıxarılmasının digər səbəbi olaraq ABŞ-ın Səudiyyə Ərəbistanından öz torpaqlarının müdafiə yükünü özünün çəkməsini tələb eləməsi göstərilib.

Xəbərdə Pentaqonun Səudiyyə Ərəbistanındakı strateji nöqtələri və neft müəssisələrini qorumağa kömək eləmək üçün komanda yaratdığı bildirilir. Yardım variantları arasında hava hücumundan müdafiə sistemlərinin satışı, kəşfiyyat məlumatlarının paylaşılması və əlavə hərbi təlimlərin verilməsi nəzərdən keçirilir.