Çinlilər yağış yağdıra biləcəklər – alimlərin yeni kəşfi

777

Hurriyyet.org xəbər verir ki, çinli alimlər səs dalğaları  vasitəsi ilə yağış yağdıra biliblər.

Paytaxt Pekin şəhərindəki Tsinhua Universitetinin alimləri səs dalğaları vasitəsi ilə yağışın yağmasına nail olublar. Tədqiqat zamanı aşağı tezlikli səs dalğaları ilə bir bulud hədəfə alınıb. Bu zaman yağışın həcminin artdığı qeydə alınıb. Alimlər bu irəliləyişin quraqlıqla mübarizə çərçivəsində bundan əvvəl icad edilən texnologiyalardan daha ekoloji olduğunu bildiriblər.