Çinli memarlardan ağac üzərində kurort

21

Çinin “WH Studio” arxitektura studiyasının memarları taxta kabinələrdən ibarət maraqlı təbii kurortun layihəsini hazırlayıblar. Layihə müəlliflərinin fikrincə, bu, uşaqlıqda öz ağac evlərinə sahib olmağı arzulayanlar üçün unikal bir istirahət guşəsi olacaq.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, memarlar “yuvalama” effektini artırmaq üçün 5-6 evdən ibarət taxta daxmaları eyni ağacın üzərində yerləşdiriblər. Belə ki, ayrı-ayrı modulların teras, keçid və pilləkənlərlə şaquli şəkildə bərkidilməsi nəticəsində 5-6 otaqlı (“Tree House”, Hangzhou) orijinal binalar yaradılıb. Hər bir kottec nəhəng yataq və qonaq otağı, vanna otağı, barlı mini-mətbəx və mebellə təchiz olunub.

Eko-kurortun qonaqları xəyallarını tam şəkildə reallaşdıra, ətrafdakı təbiətin gözəlliyindən həzz ala biləcəklər. Müasir dövrdə eko-kurortların populyarlığı artmaqdadır.