Çinin 220 qayığı lövbər atdı, Filippinin təyyarələri havaya qalxdı – gərginlik getdikcə artır

30

Hurriyyet.org xəbər verir ki, Çin dənizində gərginlik artmaqdadır. Çinə məxsus 220 ədəd balıqçı qayığı Vitsun adasının sahilinə lövbər atdığı üçün Filippin ordusu həyəcan təbili çalıb.

Filippin hökuməti qayıqların rayonu tərk eləməsi üçün Pekinə dəfələrlə çağırış edib. Hava qüvvələri Çinin balıqçı qayıqlarının üzərində daim partulluq edir.

Filippin ərazinin Çin qayıqları tərəfindən mühasirəyə alınmasını öz ərazisinə hücum kimi qiymətləndirir.

Filippin Prezidenti Rodriqo Duterte də Maniladakı Çin səfirinə gəmilərin narahatlıq doğurduğunu bildirib.

Çin isə iddiaları rədd edərək, qayıqların yalnız pis hava şəraitindən qorunmağa çalışdığını bəyan edib.

ABŞ və Avstraliya da daxil olmaqla, çox sayda ölkə bölgədə yenidən gərginlik yaranması ilə bağlı narahatlığını səsləndirib.