Çindən ABŞ-a sərt etiraz: “Lazımi addımlar atılacaq”

300

Hurriyyet.org xəbər verir ki, Çin ABŞ donanmasının iki təyyarə gəmisinin Cənubi Çİn dənizində birgə təlim keçməsinə sərt etirazını bildirərək, lazımi addımların atılacağını bəyan edib.

Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Vanq Venbin Çinin milli suverenliyini və təhlükəsizliyini qətiyyətlə müdafiə eləmək üçün lazımi addımları atacağını və Cənubi Çin dənizində sülh və sabitliyi qorumaq üçün region ölkələri ilə əməkdaşlıq edəcəyini qeyd edib.

Vanq Fransa donanmasına məxsus iki gəminin Cənubi Çin dənizində “naviqasiya azadlığı” adı altında səfər etməsi barəsindəki suala da eyni sözlərlə cavab verib.