Çin gəmiləri Yaponiya sərhədini pozur

21

Hurriyyet.org xəbər verir ki, Çinə məxsus iki sahil təhlükəsizlik gəmisi Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafındakı Yaponiya sahil sularına daxil olub.

Ölkənin cənub-qərbindəki Okinava əyalətinin Naha rayonundakı 11-ci Bölgə Təhlükəsizlik Qərargahının məlumatına görə, Çinə məxsus gəmilər Yaponiyanın sahil sularının sərhədini pozublar.

Mübahisəli Senkaku adaları ətrafında yerli saatla 04.00 civarında dolaşan gəmilər 04.20  radələrində Minami-Kojima adasının 20 km cənubuna qədər yaxınlaşıblar.

Yaponiya Sahil Təhlükəsizliyi Çinə məxsus gəmilərə bölgəni tərk eləmələri üçün xəbərdarlıq edib.

Çinə məxsus rəsmi gəmilərin bu il ərzində indiyə qədər 11 dəfə Şenkaku ətrafındakı Yaponiya sahil sularına qanunsuz daxil olduğu bildirilir.