Çin ABŞ və Kanadaya qarşı cavab sanksiyalarına BAŞLADI

27

Çin Sincan Uyğur Muxtar Bölgəsi ətrafında yaranmış vəziyyətə görə ABŞ və Kanadadan bir neçə fiziki və hüquqi şəxsə qarşı cavab sanksiyaları tətbiq edib. Bu barədə “Reuters” ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Sanksiyalara məruz qalanlar arasında ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının rəhbəri və Kanada parlamentinin üzvü də var.

Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri bir neçə gün əvvəl Sincandakı Uyğur müsəlman azlığının insan haqlarını pozmaq ittihamı ilə dörd Çin vətəndaşının və bir təşkilatın sanksiya siyahısına salınması barədə razılığa gəliblər. Daha sonra ABŞ, Kanada və Böyük Britaniya da Çinə qarşı sanksiyalar elan ediblər. Çin Xarici İşlər Nazirliyi artıq Aİ-yə və Britaniyaya qarşı sanksiyalar tətbiq edib. \\Virtualaz