“Çin-ABŞ münasibətlərinin pozulması Trampın günahı idi” –Çin Xarici İşlər naziri

219

“Çin-ABŞ münasibətlərinin tarixin ən pis səviyyəsinə enməsi ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasının günahı idi”.

Bu barədə bazar ertəsi Pekindəki Lantin Forumunun açılış mərasimində Çinin Xarici İşlər naziri, Dövlət Şurasının üzvü Vanq Yi çıxışında deyib.

Nazir bildirib ki, son bir neçə ildə Çin-ABŞ münasibətləri normal yoldan çıxıb: “Diplomatik münasibətlərin qurulmasından bəri ən ciddi çətinliklərlə qarşılaşdıq. “Bu əsasda Çinə təzyiq göstərmək və ikitərəfli münasibətlərə ölçüyəgəlməz ziyan vuran bir sıra addımlar atdıldı”.

“Bu gün səhvləri düzəltmək və münasibətləri doğru yola qaytarmaq üçün, Çini olduğu kimi bilmək və anlamaq üçün səhv düşüncələri aradan qaldırmalıyıq”, deyə Çinin baş diplomatı vurğulayıb. (apa)